
“Yaxşı oyunla bərabər sonda şansımız da gətirdi”
- 09 Mar 2025 16:40
- 57
"Matçın böyük bir hissəsini yaxşı oynadıq. Bu oyuna hazırlıq zamanı ötən oyunda etdiyimiz səhvləri danışdıq və onların üzərində çalışdıq. Bu dəfə səhvlərimizi düzəldə bildik".
Rekord.az xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker mətbuat xidmətinə açıqlamasında deyib.
Türkitəli mütəxəssis Azərbaycan Basketbol Liqasının 17-ci turunda "Sərhədçi"ni məğlub etdikləri 77:75 hesablı qələbəni şərh edib:
"Bu oyunda da bəzi anlarda eniş oldu, amma ümumi götürsək yaxşı oynadıq. Oyunun sonunda çox bəsit səhvlər etdik. Ən təcrübəli oyunçumuz səhv etdi. Topu tutsaydı son dəqiqələr belə həyacanlı olmazdı. Yəni yaxşı oyunla bərabər sonda şansımızda gətirdi. Rəqib səhvdən yararlana bilmədi. Bir neçə oyun uduzduqdan sonra və heç də yaxşı oyun sərgiləməyərək uduzurduq. Bu bizə lazımlı qələbə idi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm. Rəqibə də gözəl oyuna görə təşəkkür edirəm. Əlavə edim ki, biz hər zaman hakimlərdən danışırdıq. Bu dəfə isə xoş sözlər demək istəyirəm. Oyunu bəzi xırda nüanslar xaric çox əla idarə etdilər".