"Liverpul"un futbolçusu Cerdan Şakiri yayda İngiltərə klubunu tərk edəcək.

Rekord.az  "Liverpool Echo"ya istinadən xəbər verir ki, isveçrəli yarımmüdafiəçi klub rəhbərliyinin ona olan ümidini doğrultmayıb. "Liverpul"un ən yaxın transfer pəncərəsində onun gedişinə mane olmayacağı bildirilib.

Qeyd edək ki, Şakiri ötən ilin fevralından bu vaxta qədər "Liverpul" ilə Premyer Liqada cəmi 216 dəqiqə meydanda olub və 1 qol vurub.