Bədavi Hüseynov mövsümün sonunda böyük ehtimalla “Qarabağ”dan ayrılacaq.

Rekord.az-a daxil olan məlumata görə, gələn il 33 yaşı tamam olacaq dağıstanlı futbolçu əvvəlki kimi oynaya bilmir.

Xroniki zədələr də bir tərəfdən. Bu mənada baş məşqçi Qurban Qurbanov gələcək planlarında Bədavini əsas heyətdə görmür. Futbolçu özü də müqaviləsi bitəndən sonra Azərbaycanda qalmağı düşünmür və Rusiyaya qayıdacaq.