İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının İCBFA – “Hypers” FC oyununda “Hypers” FC komandası əvəzetmə qaydalarını pozduğuna görə bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “İrəvan” İK – “Record Club” oyununda “Record Club” komandası Əsasnamə qaydalarını pozduğuna görə bu komandaya da 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Liqasının “Kəpəz” PFK – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu Elgün İbrahimzadə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-14 Liqasının “Səbail” FK – “Sumqayıt” FK oyununun gedişatında “Sumqayıt” azarkeşləri tərəfindən hakimin ünvanına nalayiq ifadələr işlədildiyinə, oyun bitdikdən sonra isə hakimi vurmağa cəhd göstərdiklərinə görə “Sumqayıt”a xəbərdarlıq edilib.

U-14 Liqasının “Kəpəz” PFK – “Turan Tovuz” FK oyununda “Kəpəz”in baş məşqçisi İlqar Hüseynov hakimi təhqir etdiyinə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

U-14 Liqasının “Qafqaz Arena” –“Viktoriya” (Zaqatala) oyunu “Viktoriya” komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Viktoriya”ya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Karvan” – “Mingəçevir” FK oyunu “Mingəçevir” FK komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Mingəçevir”ə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Xətai” FK – “Asta” FK oyunu “Xətai” FK komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Xətai”yə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Binə” FK – ROFM oyunu “Binə” FK komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Binə”yə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Yasamal Bakı” – U-19 oyununda, “Yasamal Bakı”nın oyunçusu Adil İsmayılov oyun bitdikdən sonra, rəqibi əl ilə vurduğuna (təcavüzkar davranış) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. U-19-un oyunçusu Bəyoğlan Vəlizadə (təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə) oyun bitdikdən sonra rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

Futzal üzrə I Liqada keçirilən “Şuşa” – “Trabzon Azərbaycan” oyununda “Şuşa” komandası əsasnamədə qeyd olunan vaxt ərzində oyun protokolunu təqdim etmədiyinə və təyin olunan vaxtda meydana çıxmadığına görə “Şuşa”ya 0:5 hesablı texniki məğlubiyyət verilib.