"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 36-cı turunda səfərdə "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

"Sabah" oyuna daha yaxşı başladı. 30-cu dəqiqəyə qədər topa nəzarət edirdilər. Bizim də qol vurmaq üçün 2 qol epizodumuz oldu. Oyunu bərabərləşdirə bilmişdik. İkinci hissədə həm onlarda, həm də bizdə qol şansları var idi. Təəssüf ki, onlar qol vurmağa nail oldular və qalib gəldilər.

Mövsüm barədə danışırıqsa, deyə bilərik ki, uğursuzuq. "Neftçi" liqanı 5-ci yerdə bitirdisə, demək ki, uğursuzluq var. Nəticəyə görə məsuliyyət daşıyıram. Çempionatın ikinci hissəsində 29 xal qazanmışdıq. Mövsümün əvvəlində xal qazanmaq, liqanın ikinci yarısında qazanmaqdan daha asandır. Hər bir komandada uğursuzluq olur. Bəli, uğursuz olduq, günahkaram. Amma yeganə günahkar mən deyiləm”.