Sentyabrın 10-da Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başlayıb.

Rekord.az xəbər verir ki, turnirin ilk günündə açıq dənizə çıxan yelkənçilər "Optimist”, "Ilca-4.”, "Ilca-7”, "Open Windsurf” sinifləri üzrə yarışıblar.

2 yelkənçinin iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib. 3 gün davam edəcək yarışlarda iştirakçı sayında məhdudiyyət olmayacaq.

Kubokun mükafatlandırılma mərasimi sentyabrın 12-də keçiriləcək.

Azərbaycanda Federasiya Kuboku başladı

Azərbaycanda Federasiya Kuboku başladı

Azərbaycanda Federasiya Kuboku başladı