Türkiyənin “Antalyaspor” klubu yeni baş məşqçisi Tamer Tunanı ictimaiyyətə təqdim edib.

Rekord.az xəbər verir ki, təqdimat mərasimində 43 yaşlı mütəxəssis yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

Tamer Tuna baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Stefan Toması əvəz edib. “Antalyaspor” Super Liqada 14 xalla 16-cı sırada yer alır.

Yeni baş məşqçi gələn kimi heyətlə də bağlı müəyyən qərarlar verib. O, təqdimat mərasimində 3 futbolçu ilə yolların ayrıldığını rəsmən açıqlayıb. Bunlar Tarık Çamdal, Ali Sissoko və Jelson Daladı.