AFFA-nın bu gün keçirilən növbədənkənar Konfransında bir sıra qərarlar qəbul olunub. "Rekord.az" xəbər verir ki, onların arasında diqqətçəkəni İcraiyyə Komitəsinin üzvlərinin sayının 13-ə çatdırılmasıdır.

 

Müzakirələrə səbəb olan bu məsələdə hər kəsi maraqlandıran məqam yeni adların kimliyidi. Heyətdən gedənlər olacaqmı, yeni gələnlər kimdi? 

 

"Rekord.az" bu barədə maraqlı məlumat əldə edib. Federasiyaya yaxın mənbənin verdiyi məlumata görə, AFFA son zamanlar media ilə münasibətlərin korlanmasını nəzərə alaraq bu istiqamətdə addım atmaq qərarına gəlib. Belə ki, yeni İcraiyyə Komitəsinə jurnalist daxil edilməsi təklifi verilib. Hətta İK üzvlərinin sayının 13-ə çatdırılmasının səbəbinin də məhz budur.

 

Mediadan konkret namizəd də müəyyən edilib. Adı qeyd olunmayan jurnalistə birbaşa təklif edilib və AFFA ilə mətbuat arasında körpü rolu oynaması istənilib. Ancaq həmin şəxs hələ ki, razılıq verməyib, hətta birmənalı şəkildə "yox" deyib. Amma AFFA israrından dönmür.

Həmin jurnalistin dövlət qəzetlərindən birində işlədiyi deyilir.