Futbol üzrə Azərbaycan I Liqasını 10-cu sırada başa vuran "Araz Saatlı" klubu II Liqanın ikincisi "Cəbrayıl"la üz-üzə gəlib.

Rekord.az xəbər verir ki, 2024/2025 mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ikinci görüşü Saatlıdakı Olimpiya Kompleksinin stadionunda baş tutub.

Qarşılaşma "Cəbrayıl" kollektivinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn Cavid Hüseynovun komandası yeni mövsümdən etibarən I Liqada iştirak etmək hüququ qazanıb.

"Araz Saatlı" isə 2024/2025 mövsümünə II Liqada start verəcək.