![photo](https://www.rekord.az/storage/uploads/5/futzal-20.jpg)
Yeni mövsümün püşkü atılacaq
- 13 Sen 2023 12:46
- 307
Sentyabrın 18-də futzal üzrə Yüksək və Birinci liqalarda yeni – 2023-2024-cü illər mövsümünün püşkü atılacaq.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək tədbir saat 11:00-da başlayacaq.
Qeyd edək ki, Yüksək Liqada 6 - “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Record club” və “Yasamal-Baku”, Birinci Liqada isə 12 - “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa”, “Bakı” MFK komandaları iştirak edəcək.