Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə PFL-in media və marketinq direktoru Sənan Abdullayev, PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.

Abbasov tədbirdə yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra peşkatmaya start verilib.

Püşkatmada 33-cü dəfə keçiriləcək və 10 komandanın – “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı”nın iştirak edəcəyi yarışın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq.

Araz-Naxçıvan – Qarabağ
Şamaxı – Sabah
Zirə – Səbail
Neftçi – Turan Tovuz
Sumqayıt -Kəpəz

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start veriləcək.