Yeni nazir futbolla bağlı toplantı keçirdi
- 26 Okt 2021 11:00
- 692
Gənclər və İdman Nazirliyində (GİN) bir qrup futbol mütəxəssisinin iştirakı ilə toplantı keçirilib.
Rekord.az xəbər verir ki, yığıncaq nazir Fərijd Qayıbovun təşəbbüsü ilə təşkil olunub.
Burada ölkə futbolunun mövcud durumu geniş müzakirə edilib, problemlər sadalanıb, ondan çıxış yolları barədə təkliflər səsləndirilib.
Premyer Liqa və I Divizionda klub sayının azlığı, sponsorların bu sahədən uzaq dayanmasının səbəbləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Yekunda yeni təkliflər paketinin hazırlanması və nazirliyə təqdim olunması qərara alınıb. (sportinfo.az)