Son günlər "Qəbələ"yə yeni sponsorun gəlişi ilə bağlı xəbərlər dolaşmaqdadır.

Rekord.az-a daxil olan məlumata görə, yayılan xəbərlər real olsa da, bir əmması var.

İş ondadır ki, yeni sponsorun şərti var. İlk növbədə komanda Premyer Liqada yerini qorumalıdır. Yalnız bu halda komanda yaydan etibarən yeni sponsoruna qovuşacaq. Əgər komanda Premyer Liqada qala bilməyib, I Liqaya düşsə, o zaman sponsor məsələsi də bağlanacaq.