Yeni transfer məvacibindən imtina etdi: “Məqsədim pul qazanmaq deyil”
- 07 Sen 2020 11:30
- 663
Almaniyanın “Şalke” klubunun yeni transferi Vedad İbişeviç məvacib almadan oynayacaq.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu özü açıqlama verib. İbişeviç, məqsədinin pul qazanmaq olmadığını və oynamağa davam etmək istədiyini deyib:
“Məqsədim pul qazanmaq deyil, oynamaq istəyirəm. Klub rəhbərliyi ilə danışdıq və məvacib almayacam. Sadəcə, tibbi siğorta üçün lazım olan məbləği verəcəklər. Məvacibimi xeyriyyə işlərinə sərf edəcəm və bonuslar üçün oynayacam”.
Daha əvvəl “Hoffenhaym”, “Ştutqart”, “Herta” kimi klublarda forma geyinən İbişeviç, “Şalke” ilə bir illik müqavilə imzalayıb.