“Keşlə”nin yeni transferi Şohruh Qadoyevlə baş məşqçi Tərlan Əhmədov arasında narazılıq yaranıb.

Rekord.az-a daxil olan məlumata görə, məşqlərin birində Əhmədov özbək futbolçunun üstünə qışqırıb və onu bərk danlayıb.

Bu isə Şahruhun xoşuna gəlməyib və tərəflər arasında küsülülük yaranıb. Deyilənə görə klubun müşahidə şurasının sdəri Zaur Axundov məsələdən xəbər tutub və tərəflərə qısa zamanda bu küskünlüyü aradan qaldırmaq tapşırığı verib.