Yeni yaranan klub Buzovna stadionunu almaq istəyir ÖZƏL!
- 04 Sen 2020 15:00
- 2031
Yeni yaranan və daha çox uşaq futboluna diqqət ayıran “Sportinq Bakı” klubunun gələcəklə bağlı böyük planlarının olması haqda məlumat vermişdik. Sözügedən klubun rəhbərliyi gələcəkdə daha yuxarı yaş qruplarından ibarət komandalar yaratmağı da düşümür. Bu zaman isə “Ruslan 93”-ün kiçik meydançaları işə yaramayacaq və daha böyük meydançalara ehtiyac yaranacaq.
Rekord.az xəbər verir ki, məhz bu amili nəzərə alan “Sportinq Bakı” rəhbərliyi stadion axtarışına çıxıb.
Paytaxt təmsilçisi Buzovna qəsəbəsində yerləşən və hazırda yararsız vəziyyətdə olan “Gənclik” stadionunu almaq istəyir. Birdəfəlik olmasa da ən azı icarə formasında. Rəhbərlik istəyir ki, vaxtı ilə “Xəzri”nin ev sahibi olduğu arenaya əl gəzdirsin mvə gələcəkdə yuxarı yaş qruplarından ibarət komandaları burada məskunlaşsın. Klubun öz ofisi və aşağı yaş qruplarından ibarət komandaları isə yenə “Ruslan 93”-də məskunlaşacaq.