Qusarda “Metax” adlı yeni komandanın yaradılması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, sözügedən komanda rayonda infrastruktur da qurmaq istəyir və buraya yeni stadionun tikintisi də daxildi.

Düzdür, əksəriyyət üçün bu, inandırıcı görünmür. Çünki hazırda ölkədə Premyer Liqa klubları sponsor problemi ilə üzləşdiyi halda “Region Liqası”nda oynayan bir komandanı hansısa pullu şəxsin götürməsi, onun üçün stadion, baza tikməsi ağlabatan deyil. Amma istənilən halda biz, daxil olan məlumatı sizə çatdırmağı özümüzə borc bilirik. Yeni məlumata görə isə “Metax”ın himayədarı hazırda yararsız vəziyyətdə olan Şövkət Orduxanova dına stadionu almağa da etiraz eləmir. Əgər “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyev xarabaxanaya dönən arenın münasib qiymətə satmağa razı olsa, yeni sponsor yeni stadionu elə köhnə stadionun yerində tikə bilər.