“Yenidən futbola başlamaq istəyirik, ancaq…” – İnfantino
- 03 Apr 2020 16:22
- 569
FİFA-nın prezidenti Canni İnfantino koronavirus pandemiyasıyla bağlı açıqlama verib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, İnfantino, heç bir oyunun insan sağlamlığından üstün olmadığını deyib:
“Hamımız yenidən futbola başlamaq istəyirik, ancaq bunun nə zaman olacağını bilmirik. Sağlıq hər şeydən irəlidə gəlir. Heç bir oyun insan sağlamlığından üstün deyil. Gələcəyə doğru işləyərkən bu düşüncəni əsas tuturuq.
Futbolçuların müqavilələriylə bağlı işləyən bir İşçi Qrupumuz var. Yaxın zamanda futbolçuları və klubları qoruyacaq təkliflərlə gələcəklər”.