1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Şamaxı" indidən  heyətin qurulmasına start verib.

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi daha çox yerli futbolçularla maraqlanır.

Gələn məlumatlara görə, I liqaya düşən "Qəbələ"dən Rəşad Əzizlinin "Şamaxı"ya keçmək ehtimalı var. Əslində Rəşad "Şamaxı" üçün yad sima deyil. Belə ki, o, "Qəbələ"yə ötən il məhz "Şamaxı"dan getmişdi. İndi isə yenidən  geri qayıda bilər.