"Kəpəz"dən ayrılan Adil Şükürovun işsiz günləri uzun sürməyə bilər.

Rekord.az-a daxil olan məlumata görə, I Liqada onu heyətində görmək istəyən komandalar var.

Sadəcə, maddi şərtlər istənilən həddə deyil. Bundan başqa, Şükürovun sabiq klubu "Zirə"yə dönüşü də mümkündür. Amma hansı posta, bu, hələ dəqiqləşməyib.