Yeniyetmə boksçularımız Gimnaziadada mübarizə aparacaq
- 21 Okt 2024 17:20
- 232
Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunları start götürəcək.
Rekord.az xəbər verir ki, 7 gün davam edəcək multi-idman yarışında Azərbaycan boksçuları da mübarizə aparacaqlar.
Məktəblilər arasında təşkil olunacaq Gimnaziadada ölkəmizi yeniyetmələrdən ibarət komanda təmsil edəcək. Məşqçilər korpusu Manamada Əli Əliyev (46 kq), Şahin Mustafatev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Tamerlan Əlimzanov (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Səfdər Məmmədzadə (+80 kq), Gülər Hüseynova (46 kq), Banuçicək Nəsirli (48 kq), Aylin Nəzərova (50 kq), Aysun Mikayılova (52 kq), Tağı Əminə (54 kq), Mələk Hümbətova (57 kq) və Dəniz Babayevaya (63 kq) şans verəcək.
Bəhreyndə hakimlərimizdən Asif Məmmədovla Fərhad Rəhmanov ədaləti qoruyacaq.
Gimnaziadada boks yarışları oktyabrın 25-dən 30-dək keçiriləcək.
Komanda Bəhreynə oktyabrın 23-də yola düşəcək.