
Yeniyetmə boksçularımız Özbəkistanda hazırlıq keçir
- 06 Apr 2025 18:45
- 60
Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.
Rekord.az xəbər verir ki, hər iki komandamız Daşkəndə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.
Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək. Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.