Yeniyetmə cüdoçular Avropa kubokunda 3-cü oldular
- 25 Apr 2022 12:15
- 518
Fransanın Strasburq şəhərində keçirilən yeniyetmələrin Avropa kubokuna yekun vurulub.
Rekord.az xəbər verir ki, 20 ölkədən 374 idmançının iştirak etdiyi turnir Azərbaycan yığması üçün uğurlu alınıb.
Yarışa 18 idmançı ilə qatılan komandamız yekunda 9 medal qazanıb. Cüdoçularımızdan Nizami İmranov (60 kq) qızıl, Məhəmməd Musayev (55 kq), Nicat Nağıyev (66 kq) və Əli Hacızadə (73 kq) gümüş, Xaliq Məmmədov (50 kq), Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Əbil Yusubov (66 kq) və Nahid Tarquliyev (73 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, idmançılarımız bu turniri 1 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vurublar. Komandamız yarışı ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yerdə tamamlayıb.