
Yeniyetmə cüdoçulardan Avropa Kubokuna 3 medallıq start
- 00:28
- 53
Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna 3 medalla başlayıb.
Rekord.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.
Qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında 60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.
Turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.