Yeniyetmə cüdoçularımız Buxarestdən 9 medalla qayıdır
- 08 May 2022 19:42
- 530
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.
Rekord.az xəbər verir ki, 4-ü qız olmaqla 20 yeniyetmə cüdoçuyla turnirə qatılan Azərbaycan yığma komandası yarışı 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub.
9 medalla millimiz turniri 2-ci yerdə bitirib.
-55 kq
Şahin Oruczadə (qızıl)
-66 kq.
Mehdi Cəfərov (qızıl)
-57 kq
Fidan Əlizadə (qızıl)
-50 kq
Məhəmməd Məmişov (gümüş)
-52 kq
Vüsalə Hacıyeva (bürünc)
-55 kq
Məhəmməd Musayev (bürünc)
-66 kq
Əbil Yusubov (bürünc)
-73 kq
Süleyman Əliyev (bürünc)
Əli Hacızadə (bürünc)