Azərbaycanın yeniyetmə paralimpiyaçıları Bəhreynin paytaxtı Manamada təşkil olunacaq Gimnaziada İdman Oyunlarında iştirak edəcək.

Rekord.az xəbər verir ki, 7 gün davam edəcək multi-idman yarışında ölkəmizin yeniyetmə paraüzgüçüləri və paracüdoçuları da mübarizə aparacaq.

Paraüzgüçülərimizdən Əli Vəliyev və Nurcan Rüstəmli, paracüdoçularımızdan isə Tahir Əlizadə (60 kq), Ömər Qurbanov (61 kq), Elxan Nəbizadə (66 kq), Hüseyn İsmayılzadə (64 kq), İlham Əzizzadə (82 kq), Elnarə Nizamlı (56 kq), İlahə Əzizzadə (65 kq) və Nurlana Məmmədova (72 kq) qalib adı yarışacaq.

Gimnaziadada paralimpiyaçıların mübarizəsi oktyabrın 24-dən 30-dək davam edəcək.