
Yeniyetmə taekvondoçulardan Belçikada 11 medal
- 16:00
- 42
Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən açıq beynəlxalq turnirdə 11 medal qazanıblar.
Rekord.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan altısının əyarı qızıl, biri gümüş, dördü isə bürünc olub.
Mədinə Aslanlı (29 kq), Eda Eren (55 kq), Tapdıq Quluzadə (33 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yusif Nağızadə (57 kq) ikinci yerlə kifayətlənib. Fidan Muxtarzadə (29 kq), Aysu Aslanlı (41 kq), Əbil Mehrəli (45 kq) və Fuad Həsənov (+65 ) isə bürünc medal qazanıblar.