Bu gün qılıncoynatma üzrə yeniyetmə və gənclərin ölkə birinciliyinə start verilib.


Rekord.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışın ilk günündə yeniyetmə qılıncoynadanlar arasında sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.


Yarış Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.


Gənclər və İdman Nazirliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçıları diplom və medallarla təltif ediliblər.


Sablya


Oğlanlar

1. Abbas Hüseynov 

2. Nəcəf Şabanlı 

3. Ayxan İslamzadə, Daniel Verstakovas


Qızlar

1. Valentina Zeynalova 

2. Leyla Əhmədova 

3. Fərəh Abasova, İrina Lobas


Şpaqa


Oğlanlar

1. Mirxətai Məmmədov 

2. Abbas Səmədli 

3. Üzeyir Əlizadə, Misir Oruczadə


Qızlar

1. Esnat Mirzəyeva

2. Nəzrin Mehdiyeva 

3. Minayə Qəribzadə, Xatun Bayramova