Yeniyetmələr arasında Bakı Kubokuna start verildi
- 11 Dek 2021 14:30
- 666
Bakı klubları arasında U-18 yeniyetmələrin Azərbaycan Cüdo Federasiyası (ACF) Kuboku yarışına start verilib.
Rekord.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ilk günündə yeniyetmə qızlar arasında 36 kq (1 iştirakçı), 48 kq (5 iştirakçı) və 63 kq (4 iştirakçı), yeniyetmə oğlanlar arasında isə 46 kq (47 iştirakçı), 60 kq (82 iştirakçı) və 81 kq (22 iştirakçı) çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyən edilib.
Yeniyetmə qızlar
36 kq
1. Abdullayeva Xədicə (Turan İdman Klubu)
48 kq
1. Dəmirova Leyla (13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
2. Lətifsoy Sevinc (13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
3. Əliyeva Nigar (Neftçi İdman Klubu)
63 kq
1. Əliyeva Zəhra (6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi)
2. Baxışlı Xədicə (Fövqalada Hallar Nazirliyi İdman Sağlamlıq Mərkəzi)
3. Səfiyeva Aysel (Neftçi İdman Klubu)
Yeniyetmə oğlanlar
46 kq
1. Ələkbərov Elcan (Respublika Olimpiya İdman Litseyi)
2. Mahmudlu Simran (13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
3. Cəfərov Nurlan (10 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nərimanov rayonu, Bakı)
3. Məmmədov Xalid (2012 Cüdo Klubu)
60 kq
1. İmranov Nizami (13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
2. Allahverdiyev Fariz (Şuşa İdman Klubu)
3. Cəfərov Mehdi (2012 Cüdo Klubu)
3. Abdullayev Sübhan (2 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi)
81 kq
1. Bagişov Camal (Neftçi İdman Klubu)
2. Gözəlov Fərəc (Yasamal Sambo İdman Klubu)
3. Hüseynli Sadıq (Turan İdman Klubu)
3. Məmmədov Abduləziz (2012 Cüdo Klubu)
Dekabrın 12-nə qədər davam edəcək turnir koronavirus pandemiyası səbəbindən ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq, azarkeşsiz keçirilir.