Yeniyetmə qızlardan ibarət yığmamız Türkiyədə təlim-məşq toplanışını başa vurub. "Rekord.az" xəbər verir ki, 14-18 iyul tarixlərində Ankarada təşkil olunan təlim-məşq toplanışında komandamız Türkiyənin 16 yaşadək qızlardan ibarət millisi ilə yoldaşlıq oyunları keçirib.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın baş məşqçisi olduğu yığmamız keçirdiyi dörd yoxlama matçında məğlub olub.

Qeyd edək ki, təlim-məşq toplanışına cəlb olunan voleybolçular düşərgələrdə fərqlənən 13-14 yaşlı qızlardır. Bu cür təlim-məşq toplanışlarının keçirilməsində əsas məqsəd 16 yaşlı qızlardan ibarət yığma komandanın formalaşdırılmasıdır.