Azərbaycan Voleybol Federasiyası yeniyetmələrin ölkə birinciliklərinə start verib. "Rekord.az" xəbər verir ki, voleybolçu qız və oğlanlardan ibarət U-14, U-16 və U-18 komandaları arasında keçirilən birinciliklərdə müxtəlif şəhər və rayonlardan olan komandalar mübarizə aparır.
Oyunlar Bakı ilə yanaşı, Gəncə, Şirvan, Tovuz, Goranboy və digər bölgələrdə təşkil olunur. Reqlamentə əsasən, hər üç yaş qrupunda oyunlar qrup və play-off mərhələsindən ibarətdir.
Fevralın 1-də start götürən yarışların keçirilməsində əsas məqsəd ölkəmizdə voleybolun inkişafı, populyarlığın artırılması, potensiallı yeniyetmə idmançıların seçilərək milli komandalara cəlb olunmasıdır.
Qeyd edək ki, yarışlar iyun ayına kimi davam edəcək.