Yeniyetmələrin şahmat olimpiadasına start verildi
- 07 Avq 2024 13:30
- 372
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir.
Rekord.az xəbər verir ki, yarışda Azərbaycanın 26 şəhər və rayonundan 45 şahmat təşkilatı təmsil olunur.
Ümumilikdə olimpiadada 482 yeniyetmə iştirak edir.
Əsasnaməyə əsasən A qrupunda 2008-2013, B qrupunda isə 2014-cü il təvəllüdlü - 10 yaş və daha kiçik şahmatçılar mübarizə aparır.
Respublika Şahmat Olimpiadasına avqustun 15-də yekun vurulacaq.
Yarışın baş hakimi Qüdrət İsmayılovdur.