Hazırda milli komandanın baş məşqçisi postu boş olaraq qalır. Baş katib Elxan Məmmədov yaxın zamanlarda bu məsələyə aydınlıq gələcəyini desə də konkret namizədlər haqqında danışmadı.

Rekord.az-a verilən məlumata görə, namizədlər siyahısında demək olar ki, əcnəbilər yer alıb.

Hazırda da daha çox onların üzərində müzakirə gedir. Yerli məşqçilərdən isə siyahıda yalnız Samir Abasovun adı var. AFFA-ya yaxın mənbədən saytımıza daxil olan məlumata görə, əgər danışıq aparılan əcnəbilərlə razılıq əldə olunmasa və məcbur yerli məşqçiyə üstünlük verilməsi olsa, o zaman yeganə namizəd Abasov olacaq.