Yevlaxda futbol obyektlərinə baxış keçirilib.


Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Yevlax şəhər stadionu, stadionun ərazisində tikilmiş baza, həmçinin “Karvan” klubunun əvvəlki bazası, məşq meydançaları ilə tanış olublar.


“Karvan” klubunun nümayəndələri stadionun durumu, eləcə də bazada görülən işlər barədə onlara məlumat veriblər.


Qeyd edək ki, Yevlax şəhər stadionunun ərazisində tikilən iki mərtəbədən ibarət yeni bazada 29 otaq mövcuddur. Bundan başqa, bazada inzibati otaqlar, konfrans və trenajor zalı var.