Yevlaxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo idman növü üzrə yeniyetmələr və gənclər arasında UGİM birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, 2013-2015-ci il təvəllüdlü, 2009-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən turnirin məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, taekvondo idman növünü inkişaf etdirmək, bu idman növü üzrə yığma komandanın tərkibini müəyyən etmək, idmançıların texniki və fiziki hazırlıq səviyyəsini yüksəltmək olub.

Beynəlxalq Taekvondo Federasiyasının qaydalarına əsasən keçirilən yarışda qızğın mübarizə sonunda müvafiq yerlərin sahibləri diplomlarla mükafatlandırılıb.