Yevlaxda 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib.

Rekord.az azertac-ın bölgə müxbirinə istinadən xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Yevlax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonun kənd və qəsəbələrindən 16 komanda iştirak edir.

Yarışın açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Gənclər və İdman İdarəsinin rəis əvəzi Samir Kərimov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, Yevlax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Elgün Əzizov, şəhid ailələrinin üzvləri və rayon idmansevərləri çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini anıb, onların ruhuna dualar oxuyublar.

Dairəvi sistem üzrə keçirilən yarış iyul ayının 23-də bitəcək. Qaliblərə kubok, medal və diplomlar veriləcək.