Bu yaxınlarda Yevlaxda yeni futbol komandasının yaradılması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, baş məşqçisi Kənan Kərimov olan komanda sponsor axtarışında idi.

Komandaya kömək edən şəxslər olsa da, əsas umacaq yer Yevlax İcra Hakimiyyəti idi. Lakin əldə etdiyimiz məlumata görə, icra hakimiyyəti hələ də komandaya hansısa formada yardım etməyib.