Yevlaxdakı derbiyə giriş pullu olacaq?
- 12 Sen 2023 13:00
- 534
Bildiyiniz kimi, sabah I liqada da yeni mövsüm start götürür.
Rekord.az xəbər verir ki, açılış matçı Qərb derbisinə təsadüf edəcək və "Karvan" "Mingəçevir"i qəbul edəcək.
Azarkeşləri düşündürən suallardan biri də yenilənmiş Yevlax stadionuna girişin pullu olub-olmaması ilə bağlıdır. Saytımıza açıqlama verən "Karvan"ın mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevin sözlərinə görə, oyuna giriş pulsuz olacaq.