Yevlaxın stajlı azarkeşi "Karvan"ın durumunu dəyərləndirdi: "Dəstək olmaq lazımdı"
- 19 Yan 2024 18:15
- 579
Cari mövsüm I Liqada əsas favorit "Karvan" hesab olunsa da, Yevlax təmsilçisi ilk dövrədə ümidləri doğurultmadı. Komanda qış fasiləsinə 18 xalla 6-cı pillədə yollandı. Kənan Kərimovun rəhbərlik etdiyi komanda lider "Qaradağ Lökbatan"dan 9 xal geri qalır. Komandanın bu durumu yevlaxlı azarkeşləri nə dərəcədə razı salır? Rekord.az-a açıqlama verən Yevlaxın stajlı futbol azarkeşlərindən olan Rüstəm Nağıyev "Karvan"ın hazırkı durumunu dəyərləndirdi: "Bildiyimiz kimi, Yevlax şəhəri həmişə futbola sevgisi olan şəhər olub. Hələ Sovetlər vaxtında burada "Yuncu", "Avtomobilçi" kimi futbol komandaları olub. Yevlax futbolunun yetirməsi olan Elşən Həsənov, Elşad Əhmədov, Kənan və Sahil Kərimov qardaşları, Xalid Muradov ölkəmizin tanınmış klublarında forma geyinmiş, milli səviyyəsinə qədər qalxmışdılar. Sonralar "Karvan" komandası yarandı, az bir vaxtda bu klub bir çox uğurlara imza atmağı bacardı. Azərbaycan klubları arasında UEFA kubokunda mərhələ keçmiş ilk və son komanda ünvanı da məhz "Karvan"a məxsusdu. Təəssüf ki, sonradan bu komanda fəaliyyətini dayandırdı. Lakin Yevlax futbolunun Şeyx Nəsrullahı sayilan Kənan Kərimov "Karvan"ı yenidən idman arenasına qaytardı. İki il Region Liqasında oynayan komanda bu ildən etibarən I Liqada mubarizə aparır. Duzdur, ilk dövrədən sonra nəticələr qənaətbəxş olmasa da, komandanın yenidən qurulduğunu, Kənan muəllimin demək olar ki, tək olduğunu nəzərə alsaq, vəziyyət heç də pis deyil. Bu komandada Kənan muəllimin əziyyəti böyükdü, bu günkü gündə həm baş məşqçi, həm qapıçılar üzrə məşqçi, həm fiziki məşqçi, həm analitik məşqçi komandada tək odur, bütün ağırlıq əsas onun və Rəşad Yusifovun çiynindədir .Bu cur perspektivli məşqçilərə sans vermək, arxasında durmaq lazımdır, yoxsa iki oyun məğlubiyyətdən sonra ay Yunis Hüseynov, ay nə bilim Vidadi Rzayev gətirilməlidi baş məşqçi, bu cür söhbətlər etmək lazım deyil. Baxın, "Mingəçevir" komandasi Azər Haşımovun istefaya göndərilməsindən sonra 4 məşqçi dəyişib, amma hələ də istədiyi uğuru əldə edə bilmir. Amma Azər Haşımovun baş məşqçisi olduğu "Qaradağ Lökbatan" divizionun lideridiş Sonda bütün yevlaxlı azarkeşləri başda komandanın kapitanı Müşfiq Teymurov, Əyyub Cabbarov Amil Orucov kimi yevlaxlı futbolçular olmaqla, komandamızın bütün futbolcularının məşqçi heyətinin, komandamızın amiqosu Elşən Albəndiyevin ətrafinda birləşməyə dəvət edib stadiona səsləyirəm".