Avqustun 9-18-də Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarında qarşılaşmaların təqvimi açıqlanıb. "Rekord.az" xəbər verir ki, proqrama əsasən Azərbaycan milli komandalarının oyunlarının da başlama saatı dəqiqləşib. 

B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığmamız start görüşündə Seneqalla oynayacaq. Matç oyunların rəsmi açılışından 1 gün əvvələ təsadüf edəcək. 

Kişi voleybolçulardan ibarət milli isə avqustun 9-da meydana çıxacaq. A qrupunda oynayacaq yığma Sudanı sınağa çəkəcək. 

İslam Həmrəyliyi Oyunları 
Qadınlar
B qrupu
8 avqust
16:00. Seneqal - Azərbaycan
10 avqust
13:00. Əfqanıstan - Azərbaycan
12 avqust
13:00. Kamerun - Azərbaycan 
 
Kişilər
A qrupu
9 avqust
10:00. Sudan - Azərbaycan 
11 avqust
19:00. Azərbaycan - Kamerun
13 avqust
16:00. Azərbaycan - Mərakeş

Qeyd edək ki, oyunların başlanma saatı Türkiyə vaxtı ilə göstərilib.