3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin ilk gününə yekun vurulub.

Rekord.az xəbər verir ki, “A” qrupunda yer alan və keçirdiyi üç görüşdən birində qələbə qazanıb, ikisində məğlub olan Azərbaycan millisi 1/4 final mərhələsinə yüksəlib.

Komandamızın bu mərhələdəki rəqibi “B” qrupunun ikincisi “Barselona Panthers” olacaq.

Yığmamızla eyni qrupda yer alan digər təmsilçimiz “Baku Fleyms” klubu isə hər üç görüşdə uduzaraq turnirlə vidalaşıb.

1/4 final mərhələsinin digər cütündə “Warsaw Lotto” klubu İtaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Portuqaliya və Polşa milliləri yer aldıqları qrupları birinci pillədə başa vuraraq birbaşa yarımfinala yüksəliblər. Azərbaycan – “Barselona Panthers” görüşünün qalibi Portuqaliya yığmasının rəqibi olacaq. “Warsaw Lotto” - İtaliya matçında qələbə qazanan kollektiv isə Polşa seçməsi ilə üz-üzə gələcək.