Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa birinciliyinin seçmə mərhələsində növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız Sloveniyanın qonağı olub.

Səfər qarşılaşması voleybolçularımız üçün uğursuz alınıb. 4 hissə davam edən matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrupun son turunda millimiz Avstriyanın qonağı olacaq. Gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün komandamız həmin oyunda ən azı bir xal qazanmalıdır. Bizim üçün mühüm əhəmiyyət kəsb edən bu qarşılaşma sentyabrın 10-da Avstriyada keçiriləcək.

Avropa çempionatı, təsnifat

D qrupu

   Sloveniya - Azərbaycan 3:1 (25:16, 25:18, 19:25, 25:15)