Yığmamız Avropa çempionatına Tiflisdə hazırlaşır
- 07 İyl 2023 18:44
- 298
Həndbol üzrə U-17 Azərbaycan yığması Avropa çempionatına hazırlığı davam etdirir.
Rekord.az xəbər verir ki, avqustun 5-13-də Bakıda keçiriləcək yarışa hazırlaşan 17 yaşadək qızlardan ibarət yığmamız Tiflisdə təlim-məşq toplanışında iştirak edir.
15 həndbolçunun qatıldığı hazırlıq prosesinə baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasova rəhbərlik edir.
Yığma komandamızın təlim-məşq toplanışı iyulun 9-dək davam edəcək.
Qeyd edək ki, milimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.