Qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah qitə birinciliyində seçmə mərhələsində növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız Avstriya kollektivini qəbul edəcək.

Keçirdiyi ilk iki oyunda maksimum nəticə göstərərək qrupda liderliyə yüksələn yığmamız qarşılaşmanın favoriti hesab olunur. Voleybolçularımızın doğma azarkeşlər önündə qonaqları quru hesabla məğlub etmək üçün əlindən gələni edəcəkləri şübhəsizdir.

Qeyd edək ki, matç Voleybol Mərkəzində baş tutacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq.

 

Avropa çempionatı, təsnifat

28 avqust

D qrupu

III tur

   18:00 Azərbaycan - Avstriya