Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi növbəti yoldaşlıq görüşün keçirib. "Rekord.az" xəbər verir ki, komandamız İslamiada və qitə birinciliyinin seçmə mərhələsinə hazırlıq çərçivəsində Belarusla qarşılaşıb. 

Voleybol Mərkəzində baş tutan görüş gərginiyi ilə yadda qalıb. Hərəyə iki setd qələbə qazanan komandalar matçın taleyini tay-brekdə həll ediblər. Həlledici hissədə daha dəqiq oynayan yığmamız meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. 

Yoldaşlıq oyunu

   Azərbaycan - Belarus 3:2 (19:25, 25:23, 20:25, 25:23, 18:16)