Yığmamız beynəlxalq turnirdə sonuncu oldu
- 12 İyl 2021 11:21
- 688
Azərbaycanın voleybolçu kişilərdən ibarət yığma komandası beynəlxalq turnirdə çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız Polşada təşkil olunan "Vaqner Memorial" turnirində sonuncu olub.
Pərviz Səmədovun yetirmələri ilk olaraq Misirlə qarşılaşıb və quru hesabla uduzub. Voleybolçularımız daha sonra meydan sahibi ilə qarşılaşıb və eyni aqibəti yaşayıb. Sonuncu görüşündə Norveçlə üz-üzə gələn yığmamız fərqli nəticə göstərə bilməyib.
Beləliklə, keçirdiyi bütün oyunlarda quru hesabla məğlub olan komandamız yarışın sonuncusu olub. Polşa maksimum nəticəylə turnirin qalibi adını qazanıb. Misir 5 xalla ikinci, Norveç isə 4 xalla 3-cü pilləni tutublar.
"Vaqner Memorial" turniri
Polşa
Azərbaycan - Misir 0:3 (16:25, 11:25, 16:25)
Polşa - Azərbaycan 3:0 (25:15, 25:12, 25:10)
Azərbaycan - Norveç 0:3 (19:25, 17:25, 14:25)