Yığmamız Bolqarıstana böyük hesabla uduzdu
- 14 Mar 2024 22:22
- 204
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Bolqarıstana uduzub.
Rekord.az xəbər verir ki, qarşılaşma Bolqarıstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
B qrupunda yer alan millimizin yeganə qoluna 25-ci dəqiqədə Xanım Əsədova imza atıb.
Azərbaycan millisi turnirdə növbəti matçını martın 17-də Sloveniyaya qarşı keçirəcək.