Yığmamız Bosniya və Hersoqovinaya yollanıb
- 09 Avq 2021 12:04
- 642
Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarışa hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız hazırlığın növbəti mərhələsini 1-7 avqust tarixlərində Macarıstanda keçib.
Burada yöğmamız təlim-məşq toplanışı ilə yanaşı, "Savaria" beynəlxalq turnirində də iştirak edib. Millimiz yarışdan dərhal sonra, avqustun 8-də Macarıstandan bir başa Bosniya və Herseqovinaya yola düşüb. Voleybolçularımız hazırlıq planına uyğun olaraq təlim-məşqlərini Bosniya və Herseqovinada davam edəcəklər.
Vüqar Əliyevin rəhbərlik etdiyi komandamız avqustun 16- da Bosniya və Herseqovinada təlim-məşqə yekun vuracaq və avqustun 17-də çempionatın keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.
Qeyd edək ki, A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.
Millimizin qitə birinciliyindəki oyunlarının təqvimi
20 avqust
17:00 Azərbaycan - Belçika
21 avqust
18:00 Azərbaycan - Bosniya və Herseqovina
22 avqust
17:00 Rusiya - Azərbaycan
24 avqust
20:00 Azərbaycan - Serbiya
25 avqust
17:00 Fransa - Azərbaycan