Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Rekord.az xəbər verir ki, yığmamız Litvanın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Millimiz fevralın 28-də rəqibini məğlub edib - 35:33.

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

İspaniya 6 xalla liderdir. Şimali Makedoniyanın 4, yığmamızın 2 xalı xalı var. Sonuncu sıradakı Litvanın xalı yoxdur.