![photo](https://www.rekord.az/storage/uploads/5/futzal2023.jpg)
Yığmamız bu gün Qazaxıstanı qəbul edəcək
- 06 Okt 2023 10:15
- 303
Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, A qrupunda yer alan yığma favoritlərdən sayılan Qazaxıstanla qarşılaşacaq.
Vitali Borisovun yetirmələri rəqibini Bakı İdman Sarayında qəbul edəcək. Qazaxıstan ilk iki görüşündə qələbə qazanıbsa, millimiz Rumıniyaya məğlub olub (1:3), Niderlanda qalib gəlib (6:1).
Saat 20:00-da başlayacaq matçı finlandiyalı hakimlər Kirill Naişouler, Arttu Kyynaeraeynen və Paavo Komppa idarə edəcəklər.